Bank Of Baku

Professor Kamal Abdulla Polşa hökuməti tərəfindən mükafatlandırılıb

Professor Kamal Abdulla Polşa hökuməti tərəfindən mükafatlandırılıb
# 24 oktyabr 2009 07:49 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 22-də Varşavadakı Belveder sarayında “Polşanı xarici ölkələrdə ən yaxşı tanıtmağa görə” mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, Polşa Xarici İşlər Nazirliyinin təsis etdiyi bu mükafat elmi, pedaqoji, idman və s. sahələrdəki fəaliyyəti ilə Polşanı, onun tarixini, mədəniyyətini, ədəbiyyatını təbliğ edən şəxslərə verilir. Tanınmış azərbaycanlı alim və yazıçı, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan MEA-nın müxbir üzvü, professor Kamal Abdulla da Azərbaycan-Polşa ədəbi-mədəni əlaqələrinin inkişafındakı diqqətəlayiq fəaliyyətinə görə bu yüksək mükafata layiq görülüb. Bu, Kamal Abdullanın il ərzində Polşa hökuməti tərəfindən layiq görüldüyü ikinci yüksək mükafatdır. Bundan əvvəl alim Polşa prezidenti Lex Kaçinskinin fərmanı ilə “Polşa qarşısındakı xidmətlərə görə” ordeni ilə təltif edilmişdi.

Laureatlara diplomları Polşa xarici işlər naziri R. Sikorski təqdim edib. K. Abdulla da öz növbəsində Varşavada polyak dilində çap olunmuş “Yarımçıq əlyazma” romanını nazirə təqdim edərək polyak dilinin və ədəbiyyatının tədrisi sahəsində Bakı Slavyan Universitetinin indiyə qədər gördüyü işlər və gələcək planlar haqqında Polşa rəsmisini məlumatlandırıb.

Həmin gün Varşava Universitetində “Yarımçıq əlyazma” romanının polyak dilində nəşrinin təqdimat mərasimi də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR