Bank Of Baku

İradə İbrahimova saçlarını klipə qurban verib - FOTOSESSİYA

İradə İbrahimova saçlarını klipə qurban verib - <font color=red>FOTOSESSİYA </font>
# 24 oktyabr 2009 11:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sənətçi İradə İbrahimova Gürcüstanda çəkdirdiyi yeni klipinin təqdimatını keçirib. APA-nın məlumatına görə, sözləri Günel Sərdarqızı, musiqisi bəstəkar Minayəyə məxsus olan “Nigaranam, gəl” klipinin rejissoru gürcü Zaza Oraşvilidir.

İradə İbrahimova bildirib ki, klipin çəkilişləri Tiflisdə aparılıb və iki gün davam edib. O, çəkilişlər zamanı qorxu yaşadığını da söyləyib: “Gürcüstanda olarkən güclü zəlzələ baş verdi. Bu zəlzələ məni çox qorxutdu. Nə yaxşı ki, həyat yoldaşım yanımda deyildi”.

Çəkiliş zamanı İ. İbrahimova ilə gürcü rejissoru arasında fikir ayrılığı yaranıb. Belə ki, müğənnini klipdə kəpənək kimi göstərmək istəyən Zaza Oraşvili İradənin etirazı ilə qarşılaşıb: “Klipə mənim də bir çox müdaxilələrim var və çox ürəyimcə alınıb. Klip üçün saçlarımı çox qısa kəsmək məcburiyyətində qaldım. Belə ki, klip üçün saçlarım rəngləndi və sonra keyfiyyəti pis vəziyyətə düşdü. Mən də səhəri gün saçlarımı bu qısalıqda kəsdirməyə məcbur oldum. Çəkiliş bitdikdən sonra Ceyhunla birgə baxdıq və onun istəyi ilə bəzi məqamlar klipdən çıxarıldı. Bu klip çox uzun bir mərhələdən keçib. Üç dəfə bura gətirib, sonra yenidən Gürcüstana qaytarmışıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR