Bank Of Baku

İran prezidentinin müşaviri Azərbaycana gəlib

İran prezidentinin müşaviri Azərbaycana gəlib
# 26 oktyabr 2009 08:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İran prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvi Azərbaycana gəlib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinə təşkilatın Azərbaycan üzrə müşaviri Əsgər Farsi, Asiya və Okeaniya şöbəsinin müdiri Mürtəza Şəfii Şəkib, katib Məhəmməd Şirzad daxildir. Qonaqların bir sıra nazirlik və komitələrdə rəsmi görüşləri və tədbirlərdə iştirakı nəzərdə tutulub.

Gün ərzində Muzey Mərkəzində İmam Rza foto-sərgisinin açılışı olacaq, Azərbaycan Kinematoqrafçılar İttifaqında qısametrajlı filmlər festivalı keçiriləcək. Oktyabrın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüş və mətbuat konfransının keçirilməsi planlaşdırılıb. İmam Rzanın mövludu ilə əlaqədar bayram mərasiminin təşkili də proqrama daxil edilib.

Səfər oktyabrın 29-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR