Bank Of Baku

Heydər Əliyev Sarayında uşaq kollektivlərinin konserti keçirilib

Heydər Əliyev Sarayında uşaq kollektivlərinin konserti keçirilib
# 26 oktyabr 2009 10:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 2009-cu ilin “Uşaq ili” elan olunması ilə əlaqədar Heydər Əliyev Sarayında uşaq kollektivlərinin ”Bizim rəngarəng dünyamız” adlı konserti keçirilib. APA-nın məlumatına görə, uşaqlar üçün təşkil olunan konsert proqramı oktyabrın 25-də gerçəkləşib. Konsertdə “Çiçəyim” Uşaq Teatrı, “Azəri inciləri” mahnı və rəqs kollektivi, “Dəcəl qızlar”, “Asiman” və “Şənlik” rəqs qrupları rəngarəng mahnı və rəqs nömrələri ilə çıxış ediblər. Azyaşlı tamaşaçıların qarşısında tanınmış estrada müğənniləri də çıxış edib.

Konsert anşlaqla baş tutub. Belə ki, biletləri 3-10 manat arasında satılan biletlər tətil olmamasına baxmayaraq, iki gün əvvəldən satılıb qurtarıb. Heydər Əliyev Sarayından bildiriblər ki, saray rəhbərliyi uşaqları hər ay bu cür yaddaqalan və seçilən konsert proqramları ilə sevindirməyi qarşısına məqsəd qoyub. Bazar günü reallaşan proqramda uşaqlar qeyri-adi sürprizlərlə də qarşılaşıblar. Belə ki, Heydər Əliyev Sarayı “Danone” şirkəti ilə birgə konsertə gələn bütün azyaşlı tamaşaçılar üçün hədiyyələr hazırlayıb. Foyedə isə bütün uşaqlar müxtəlif animasiya filmlərinin qəhrəmanları ilə şəkil çəkdirmək və onlarla söhbət etmək imkanı qazanıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR