Bank Of Baku

Azərbaycanla İran arasında mədəniyyət sahəsində əməkdaşlığa dair memorandum imzalanacaq

Azərbaycanla İran arasında mədəniyyət sahəsində əməkdaşlığa dair memorandum imzalanacaq
# 26 oktyabr 2009 12:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. İranla Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı nəzərdə tutan memorandum imzalanacaq. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mustəfəvi məlumat verib. O bildirib ki, memorandumda kinematoqrafiya və incəsənətin digər sahələri üzrə əməkdaşlıq öz əksini tapıb. Bu əməkdaşlıq çərçivəsində turizm və incəsənət sahəsində sərgilərin təşkili nəzərdə tutulub. İran rəsmisinin sözlərinə görə, bu sənəd çərçivəsində həmçinin universitet səviyyəsində tələbə və müəllim mübadiləsi həyata keçiriləcək: “Tədqiqat sahəsində əməkdaşlığın artırılması, hər iki ölkənin müasir incilərinin istər fars, istər Azərbaycan dilinə tərcümə edilməsi nəzərdə tutulub, biz hər iki ölkənin milli kitabxanaları arasında əlaqələrin inkişaf etməsini istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR