Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyində yeni təyinatlar olub

Mədəniyyət və Turizm Nazirliyində yeni təyinatlar olub
# 27 oktyabr 2009 07:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mədəniyyət və Turizm Nazirliyində vakant vəzifələrin tutulması məqsədilə oktyabrın 21-də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada müsahibə keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, müsahibə nəticəsində Sevda Məlikova incəsənət şöbəsinin musiqi sektorunun müdiri, Vasif Eyvazzadə beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri, Mehriban Hüseynova kadrlar şöbəsinin baş məsləhətçisi, Fazil Məmmədov mədəni irs şöbəsinin bərpa-layihələndirmə və ekspertiza sektorunun baş məsləhətçisi, Türkan İsmayılova analitik təhlil və proqram təminatı şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə qəbul olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR