Bank Of Baku

Bakıda İranda çəkilmiş qısametrajlı filmlər festivalının açılış mərasimi keçirilib

Bakıda İranda çəkilmiş qısametrajlı filmlər festivalının açılış mərasimi keçirilib
# 27 oktyabr 2009 15:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında İran İslam Respublikasında istehsal olunmuş qısametrajlı filmlər festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, açılış mərasimində Həzrəti İmam Rzanın mövlud gününə həsr olunmuş film nümayiş olunub. Mərasimdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi İbrahim Nuri, Azərbaycanda səfərdə olan İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mustafəvi iştirak edib. Tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycanın xalq artisti Rasim Balayev İran filmlərinin dünya kinosundakı mövqeyindən söz açıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR