Bank Of Baku

İranda Azərbaycan, Azərbaycanda isə İran mədəniyyət günləri keçiriləcək

İranda Azərbaycan, Azərbaycanda isə İran mədəniyyət günləri keçiriləcək
# 28 oktyabr 2009 11:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ildə İran İslam Respublikasında Azərbaycan, Azərbaycanda isə İran İslam Respublikasının mədəniyyət günləri keçiriləcək. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İran prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Mustafəvi ilə görüşündə açıqlayıb. Danışıqlar nəticəsində qərar alınıb ki, gələn ilin mayında İranın müxtəlif şəhərlərində - Təbriz, Tehran, İsfahan və Məşhəddə Azərbaycan, oktyabrda isə Azərbaycanın paytaxtı Bakı, eləcə də Gəncə və Naxçıvan MR-da İran mədəniyyət günləri keçirilsin. Ə. Qarayev bildirib ki, hər iki ölkənin mədəniyyət günlərində çoxşaxəli proqram tərtib ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR