Bank Of Baku

Bakıda keçirilən Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib – FOTOSESSİYA

Bakıda keçirilən Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib – <font color=red>FOTOSESSİYA </font>
# 28 oktyabr 2009 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Oktyabrın 27-də Azərbaycan Dövlət Filarmoniyasında Bakıda keçirilən Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, bağlanış mərasimində dünya şöhrətli saksofonçu Branford Marsalisin rəhbərlik etdiyi qrupun konserti keçirilib. Sözügedən caz ifaçısı tanınmış tenor və soprano-saksofonçu, post-meynstrim və fyujin təmsilçilərindən biridir. 1984-cü ildə o, tanınmış Maylz Devislə birgə çalışıb, 1986-1986-cı illərdə Kenni Kerklendlə, Ömər Hakim və bas-gitarist Deril Consla birgə vokalist Stingin ifalarını müşayiət ediblər (albom - The Dream Of The Blue Turtles). 1986-cı ildə Herbi Henkokun kvartetinə daxil olub və 80-ci illərin ortalarından öz ansamblına rəhbərlik edir. Azərbaycandakı konsertində isə cazmen ən populyar caz musiqilərini bakılı tamaşaçılarına təqdim edib. Mətbuat nümayəndələrinə isə onun konsertini işıqlandırma üçün üç dəqiqə vaxt verilib. Bağlanış mərasimində festivalın iştirakçıları, eləcə də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

Qeyd edək ki, “Bakı İslam Mədəniyyətinin Paytaxtı” çərçivəsində reallaşan Bakı Beynəlxalq Caz Festivalı bir həftə davam edib. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Montrö Caz Festivalında birincilik qazanan azərbaycanlı cazmen İsfar Sarabskinin (fortepiano), Salman Qəmbərovun, Emil Əfrasiyaboğlunun ABŞ-dan “Richard Bona” və “Branford Marsalis” qrupları, Avstriyadan Zihan&Kamien dueti, Portuqaliyadan “Jazzinho” və İsraildən “Hard Jazz Knights” qrupları, həmçinin Bakı Beynəlxalq Muğam Festivalının iştirakçıları olan hindistanlı Vasumathi Badrinathan və amerikalı Amir Elsaffarinin və başqalarının konsertləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR