Bank Of Baku

Azərbaycanın mədəniyyət sahəsini işıqlandıran bir qrup jurnalisti İrana səfər edəcək

Azərbaycanın mədəniyyət sahəsini işıqlandıran bir qrup jurnalisti İrana səfər edəcək
# 28 oktyabr 2009 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda mədəniyyət məsələlərini işıqlandıran KİV nümayəndələrinin İrana səfər həyata keçiriləcək. APA-nın məlumatına görə, bu barədə bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə Azərbaycanda səfərdə olan İran prezidentinin müşaviri, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvinin görüşündə razılıq əldə olunub. Bunun qarşılığı olaraq isə İranın mədəniyyət məsələlərini işıqlandıran KİV nümayəndələrinin Azərbaycan səfəri təşkil olunacaq.

Əbülfəs Qarayev deyib ki, bu səfərlərdə mətbuat nümayəndələri ilə yanaşı, turizm şirkətlərinin rəhbərləri də təmsil olunacaq: “Bu səfərlərdə hər iki ölkənin mədəniyyət yazarları ölkələrin mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bunun üçün biz öz tərəfimizdən lazımi tədbirləri həyata keçirəcəyik”.
Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Mehdi Müstafəvi isə jurnalistlərə açıqlamasında qeyd edib ki, qərara alınan bu qərarın həyata keçirilməsi çox vacibdir: “Nazirlə eləcə də iki ölkə jurnalistlərinin qarşılıqlı olaraq səfərləri üçün lazımi şəraitin yaradılmasını qərarına gəlmişik. Ümidvaram ki, bu əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin daha genişləndirilməsinə zəmin yaradacaq. Çünki iki ölkə arasında olan mədəni potensial bizim olan əlaqələrimizdən daha yüksəkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR