Bank Of Baku

Murmanskda dünya şöhrətli azərbaycanlı sənətçi Müslüm Maqomayevə həsr olunmuş tədbir keçirilib

Murmanskda dünya şöhrətli azərbaycanlı sənətçi Müslüm Maqomayevə həsr olunmuş tədbir keçirilib
# 28 oktyabr 2009 13:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Murmanskda dünya şöhrətli azərbaycanlı sənətçi Müslüm Maqomayevə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, Murmanskda sənətkarın vəfatının ildönümü ilə münasibəti ilə həm konsert, həm də onun fotolarından ibarət sərgi nümayiş etdirilib. Ümumrusiya Azərbaycan Konqresinin təşkilatçılığı ilə Murmansk vilayət bölməsində böyük müğənniyə və onun vəfatının ildönümünə həsr olunmuş xatirə gecəsində müxtəlif ölkələrin diaspor nümayəndələri, KİV əməkdaşlarının bir araya gəldiyi gecədə bir çox tanınmış simalar iştirak ediblər. Tədbirin keçirildiyi zalın foyesində Müslüm Maqomayevin portreti asılıb və Sergey Yeseninin sözlərinə bəstələnmiş “Əlvida, Bakı!” mahnısı səsləndirilib. Müslüm Maqomayev heç vaxt Murmanskda yaşamasa da, burada onu haqlı olaraq öz həmvətənləri saymış və indi də sayırlar. Mərhum sənətkar bu şəhərdə sonuncu dəfə 1995-ci ildə vida qastrolunda olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR