Bank Of Baku

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun 90 illiyi Bakıda qeyd olunub

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun 90 illiyi Bakıda qeyd olunub
# 28 oktyabr 2009 14:22 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində S. Gerasimov adına Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (VQİK) yaradılmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirə VQİK-in məzunları olan tanınmış Azərbaycan kinematoqrafçıları, yaradığı ziyalılar, ictimai xadimlər iştirak ediblər.

Kinorejissor Ziya Şıxlinski bu təhsil ocağının keçmiş SSRİ məkanında milli kinostudiyaların formalaşmasında vacib rol oynadığını qeyd edib. Kinematoqrafçılar İttifaqının katibi Eldar Quliyev VQİK-də oxuduğu illər barədə xatirələri ilə bölüşüb. Tədbirin sonunda VQİK-in tədris studiyasında 1953-cü ildə çəkilmiş “Şopenin qayıdışı” adlı film nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR