Bank Of Baku

“Bura Vətəndir” layihəsi üzrə ilk təqdimat keçirilib

“Bura Vətəndir” layihəsi üzrə ilk təqdimat keçirilib
# 29 oktyabr 2009 12:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, “Azərsun Holding” Şirkətlər Qrupu və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə “Bura Vətəndir” layihəsi həyata keçiriləcək. Şuşa Dövlət Musiqili Dram Teatrının direktor müavini Azad Məmmədov APA-ya deyib ki, layihə çərçivəsində hər ay müxtəlif ali təhsil ocaqlarında, teatrlarda görüşlər baş tutacaq. Eyni zamanda Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin ifasında tamaşalar oynanılacaq. A. Məmmədovun sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd Qarabağ mədəniyyətini yaşatmaq, gənclərə təqdim etməkdir.
Bu gün layihə üzrə ilk təqdimat keçirilib. E. Abdullayevanın “Ağ qayıq” tamaşası nümayiş etdirilib. Sabah isə Bakı Slavyan Universitetində Elçinin “Şuşa dağlarını duman bürüyüb” tamaşası nümayiş etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR