Bank Of Baku

Bakıda Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək

Bakıda Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək
# 30 oktyabr 2009 09:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin və R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin təşkilatçılığı ilə Londonun Viktoriya və Albert muzeyinin təqdimatında Raunun kolleksiyasından “Mərkəzi Asiya örtükləri” sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya deyib ki, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində təşkil olunacaq tədbirin açılış mərasiminin noyabrın 5-də keçirilməsi nəzərdə tutulur. Sərgidə Mərkəzi Asiyanın 58 sayda müxtəlif məqsədli geyim və örtükləri nümayiş etdiriləcək.

Elmi mənbələrdən bəllidir ki, Mərkəzi Asiyanın zaman-zaman dəyişən, Xəzər dənizi, Sibir düzləri, İran səhraları ilə əhatələnən təbii sərhədləri daxilindəki ərazilərinə bu gün müstəqil dövlətlər olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə də, Əfqanıstan və Qərbi Çinin bir hissəsi daxildir.

Coğrafi vəziyyəti etibarilə dəniz yolları açılmazdan əvvəl Şərqlə Qərb arasında ticarətin inkişafını təmin edən Böyük İpək yolu məhz bu ərazilərdən keçib. Bu isə həmin ərazilərdə Mərkəzi Asiya incəsənətinin zənginləşməsinə şərait yaradıb. Sərgidə bu incəsənətin Raunun kolleksiyasında yer alan nümunələri təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR