Bank Of Baku

Sabah Aşqabadda Azərbaycan Mədəniyyət Günləri başlayır

Sabah Aşqabadda Azərbaycan Mədəniyyət Günləri başlayır
# 02 noyabr 2009 08:00 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Sabah Aşqabadda Azərbaycan Mədəniyyət Günlərinə start veriləcək. APA-nın Türkmənistan KİV-inə istinadən verdiyi məlumata görə, Türkmənistan Nazirlər Kabinetinin iclasında baş nazirin müavini Maysa Yazmuxammedova bu mədəni aksiyaya hazırlıq barədə məlumat verib. Hesabatı dinləmiş prezident Qurbanqulu Berdıməhəmmədov tədbirin yüksək səviyyədə keçirilməsinə sərəncam verib. Prezident humanitar sahədə təcrübə mübadiləsi, dünyanın müxtəlif ölkələrinin xalqları, xüsusən də yaxın qonşularla dostluğun möhkəmləndirilməsinin Türkmənistanın xarici siyasətinin prioritet istiqaməti olduğunu söyləyib.

Mədəniyyət Günləri noyabrın 6-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR