Bank Of Baku

“Arşın mal alan” Qazaxıstandakı Uyğur Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilib

“Arşın mal alan” Qazaxıstandakı Uyğur Dövlət Musiqili Komediya Teatrında səhnələşdirilib
# 04 noyabr 2009 07:46 (UTC +04:00)
Almatı. Ləman Ağayeva - APA. Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası Qazaxıstanın paytaxtı Almatı şəhərindəki Kujamyarov adına Uyğur Dövlət Musiqili Komediya Teatrında səhnələşdirib. Uyğur Dövlət Musiqili Komediya Teatrının rejissoru Yalkunjan Şamiyev APA-nın Qazaxıstandakı müxbirinə bildirib ki, 100 yaşı olan bu əsər tamaşaçı üçün hər zaman təzədir və hər dəfə aktyorlar nəsli dəyişsə də, tamaşa öz aktuallığını itirmir. Baş rolun ifaçısı Abliz Uşamov isə tamaşanı 1 ay ərzində hazırladıqlarını deyib. Onun sözlərinə görə, bu tamaşa şəhərin başqa teatrlarında da göstərilsə də, tamaşaçıların sayı azalmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR