Bank Of Baku

Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyinə həsr olunmuş beynəlxalq musiqi festivalı keçiriləcək

Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyinə həsr olunmuş beynəlxalq musiqi festivalı keçiriləcək
# 04 noyabr 2009 12:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 75 illiyi ilə əlaqədar noyabrın 12-dən 17-dək Bakıda beynəlxalq musiqi festivalı keçiriləcək. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq beynəlxalq festivalda dünyaca tanınmış bəstəkarlar və musiqişünaslar Vladimir Şerbakov, Yermin Yocef (Ukrayna), Kaxa Tsabadze, Elizbar Lombdaridze (Gürjüstan), Aleksandr Çaykovski, Vyaçeslav Meduşevski (Rusiya), Balnur Kadırbek (Qazaxstan), Gennadiy Çobanu (Moldova), Qudratulla Hikmətov (Tajikstan) iştirak edəcəklər. Festivalın açılış mərasimi noyabrın 12-də Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək. Festival çərçivəsində “Azərbaycan bəstəkarlar məktəbi: axtarışlar və perspektivlər” mövzusunda konfrans, “Gənclər - avanqardda: səslər və rənglər aləmində” mövzusunda dəyirmi masanın keçirilməsi nəzərdə tutulur. Eləcə də “Musiqi dünyası” jurnalının 10 illik yubileyinə həsr olunmuş konfrans, Firəngiz Əlizadənin “İntizar” operasının konsert ifası, “Azərbaycan bəstəkarları - uşaqlara” , Xalq çalğı Alətləri Orkestrinin konserti, Estrada mahnısı konserti və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR