Bank Of Baku

“Vətən and yerimizdir” tammetrajlı film üçün kinossenari müsabiqəsinin birinci turuna yekun vurulub

“Vətən and yerimizdir” tammetrajlı film üçün kinossenari müsabiqəsinin birinci turuna yekun vurulub
# 06 noyabr 2009 08:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Vətən and yerimizdir” tammetrajlı film üçün kinossenari müsabiqəsinin birinci turuna yekun vurulub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqənin münsiflər heyəti daxil olan sifarişlərlə tanış olub birinci turun qaliblərini müəyyən edib. 25 işin arasından seçilən altı sinopsisin müəllifləri artıq ssenari yazmaq imkanı əldə ediblər. Qalib gələn əsərlər sırasında “Torpağımın üzərində” (müəllif İ.Səfərəliyev), “Alagöz” (müəllif Ə.Məmmədov), “Dərinlik canavarı”( müəllif Ə.Yavəroğlu), “İndi” (P.Həsənov), “Qarabağ. Dörd gün” (L.Tarıverdiyeva), “Böyüyən uşaqlar” (S.Vəliyeva) var. Birinci turun adları çəkilən qalibləri 2010-cu il yanvarın 20-dək həmin sinopsislər əsasında yazdıqları ssenariləri Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinə təqdim etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR