Bank Of Baku

Azərbaycan Dövlət Film Fonduna 1926-cı ildə çəkilmiş “Şirvan şahzadəsinin cinayəti” filminin fotoları daxil olub

Azərbaycan Dövlət Film Fonduna 1926-cı ildə çəkilmiş “Şirvan şahzadəsinin cinayəti” filminin fotoları daxil olub
# 06 noyabr 2009 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Film Fonduna Gürcüstan Kino Arxivindən “Şirvan şahzadəsinin cinayəti” filminin fotoları daxil olub. Fondun rəhbəri Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, film 1926-cı ildə gürcü rejissoru İvan Peristiani tərəfindən Bakıda çəkilib: “Təəssüf ki, film dövrümüzə gəlib çatmayıb. Bu filmin baş rollarından birində Azərbaycan kino aktyoru Xeyri Əmirzadə çəkilib. Filmdə Şirvan şahzadəsinin bolşeviklərə qarşı mübarizəsindən bəhs edilir”.

Dövlət Film Fonduna daxil olan yeni sənədlər arasında çox nadir, 1920-1930-cu illərdə çəkilmiş Azərbaycan filmlərinin fotoları, Azərbaycan kinosu ilə bağlı fotoların neqativləri də var. C. Quliyevin sözlərinə görə, bu neqativlərin əksəriyyəti şüşə üzərindədir və bu neqativlər film fonduna kinooperator Vladimir Şərifov və kinooperator Xan Babayevin oğlu Çingiz Babayev tərəfindən verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR