Bank Of Baku

Bakıda “Almaniyanın romantik şəhərləri” adlı sərgi keçiriləcək

Bakıda “Almaniyanın romantik şəhərləri” adlı sərgi keçiriləcək
# 06 noyabr 2009 14:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bakıda “Almaniyanın romantik şəhərləri” adlı sərgi keçiriləcək. Azərbaycan Turizm İnstitutundan APA-ya verilən məlumata görə, sərgi noyabrın 10-dan 20-dək Almaniyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçiriləcək. Turizm İnstitutunda təşkil olunacaq sərgidə, əsasən Almaniyanın mənəvi sərvəti sayılan şəhərlərinin gözəl görüntülərini, tarixi abidələrini, turizm imkanlarını, eləcə də ekzotik gözəlliklərini əks etdirən fotomateriallar nümayiş etdiriləcək. Həftə içi hər gün fəaliyyət göstərəcək sərgiyə giriş açıq olacaq. “Almaniyanın romantik şəhərləri” sərgisinin açılışı noyabrın 10-da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR