Bank Of Baku

Brüsseldə Azərbaycan Mədəniyyət Günləri başlayır

Brüsseldə Azərbaycan Mədəniyyət Günləri başlayır
# 09 noyabr 2009 08:42 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Parlamentinin Brüsselə yerləşən binasında Azərbaycan Mədəniyyət Günlərinə start verilir. Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, tədbir fondla Azərbaycanın Avropa Birliyi yanında daimi nümayəndəliyinin birgə layihəsidir. Noyabrın 13-nə kimi davam edəcək tədbirlərə Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələri qatılacaq, həmçinin Azərbaycan mətbəxi təqdim ediləcək.

Avropalı tamaşaçılara Azərbaycan haqqında daha dolğun informasiya çatdırmaq məqsədilə Azərbaycanın təbliğinə yönəlmiş geniş proqram hazırlanıb. Parlament binasının “Yehudi Menihin” zalında Azərbaycan rəssamlarının əsərlərindən və etnoqrafik miniatürlərdən ibarət sərgilərin nümayişi nəzərdə tutulub. Mədəniyyət Günlərində gənc muğam ifaçıları tamaşaçılara təsniflərdən ibarət proqram, “Bakı ulduzları” rəqs qrupu folklor seçmələrindən ibarət rəqslər təqdim edəcəklər. Konsert proqramına caz triosunun çıxışı da daxildir.

İştirakçılar Azərbaycan mətbəxindən nümunələrlə də tanış ola biləcəklər. Həmin gün tanınmış kulinariya ustalarımız qonaqlara milli mətbəximizin ləziz yeməklərini təqdim edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR