Bank Of Baku

Bakıda “İslamda mədəniyyət və gözəllik amili” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir

Bakıda “İslamda mədəniyyət və gözəllik amili” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir
# 09 noyabr 2009 08:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Tarixi Muzeyində “Bakı – islam mədəniyyətinin paytaxtı-2009” ili çərçivəsində “İslamda mədəniyyət və gözəllik amili” adlı beynəlxalq elmi-praktik konfransın açılışı keçirilib. APA-nın xəbərinə görə, konfransın açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbirdə 9 ölkənin 15 elmi-tədqiqat və müvafiq ali təhsil müəssisələrinin nümayəndələrinin iştirak etdiyini deyib. O, Azərbaycan milli mədəniyyətinin formalaşmasında islamın xüsusi yeri olduğunu söyləyib. Sonra nazir müavini iştirakçılara “Bakı – islam mədəniyyətinin paytaxtı” ili çərçivəsində keçirilən beynəlxalq tədbirlər, mədəniyyət günləri haqqında məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov da Azərbaycanda keçirilən tədbirin önəmindən danışıb və konfransın işinə uğurlar arzulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bəyan edib ki, əsrlər boyu bölgədə dini ayrı-seçkiliyə məruz qalmadan müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları buna görə islama, bu dinə xas olan yüksək dözümlülük mədəniyyətinə minnətdar olmalıdır.

Rusiyanın Nijnı Novqorod İslam İnstitutunun rektoru Demir Muhaddinov, Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi Nadejda İmilyanova və digər qonaqlar da çıxışlarında Azərbaycanda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən bəhs ediblər.

Qeyd edək ki, iki gün davam edəcək konfransın əsas istiqamətverici mövzuları “İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu”, “İslamda harmoniya – dünya ilahiliyinin ifadəsidir”, “İslam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu”, “Azərbaycan folkloru islam kontekstində”, “İslamda qadına verilən dəyər və qadın hüquqlarının müdafiəsi”, “Müasir gəncliyin tərbiyəsində islamın rolu” və digərləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR