Bank Of Baku

Londonda “Əsrin Müqaviləsi”nin 15 illiyi və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş sərgi nümayiş etdiriləcək

Londonda “Əsrin Müqaviləsi”nin 15 illiyi və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş sərgi nümayiş etdiriləcək
# 10 noyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrda Bakıda təqdimatı keçirilmiş “Əsrin Müqaviləsi”nin imzalanmasının 15 illiyinə və Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin 130 illiyinə həsr olunmuş foto-sənədli, bədii və rəqəmsal sərgi Londondakı “Asia House” sərgi salonunda nümayiş etdiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya bildirib ki, noyabrın 11-də sərginin açılış mərasimi keçiriləcək. Açılış mərasimində Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova, “StatoilHydro-Abşeron” neft şirkətinin ictimai əlaqələr şöbəsinin müdiri Baiba Anda Rubesa, Azərbaycan Dövlət Neft Şirkətinin London nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev, eləcə də məşhur “Viktoriya və Albert” muzeyinin rəhbərliyinin iştirakı gözlənilir. Dəvət olunanlar sırasında Londonda fəaliyyət göstərən səfirliklərin, neft şirkətlərinin və bəzi beynəlxalq təşkilatların nümayəndələri də var. Layihənin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, “StatoilHydro-Abşeron” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir.
İ. Hümbətovun sözlərinə görə, sərginin Avropanın başqa şəhərlərində keçirilməsi də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR