Bank Of Baku

“Deyilən söz yadigardır” IV respublika bədii qiraət müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib

“Deyilən söz yadigardır” IV respublika bədii qiraət müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib
# 10 noyabr 2009 15:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrda Lənkəran şəhərində keçirilmiş Cəfər Cabbarlının 110 illiyinə həsr edilmiş “Deyilən söz yadigardır” IV Respublika bədii qiraət müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib. APA-nın məlumatına görə, mükafatlandırma mərasimində çıxış edən nazir artıq dördüncü dəfə keçirilən müsabiqənin gənclərin Azərbaycan dilinin dərindən yiyələnmələrinə xidmət etdiyini vurğulayıb. Nazir qeyd edib ki, müsabiqələrdə aşkarlanan istedadlı gənclərdən istifadə olunur. Azərbaycanın xalq artisti, müsabiqənin münsiflər heyətinin rəhbəri Nurəddin Mehdixanlı ildən-ilə müsabiqənin daha mükəmməl forma aldığını qeyd edib. Daha sonra mədəniyyət və turizm naziri I, II və III yerin qaliblərini, eləcə də həvəsləndirici mükafata layiq görülən gənc qiraətçiləri mükafatlandırıb. 36 şəhər və rayonundan 18-30 yaşlı 86 gənc oğlan və qızın iştirak etdiyi müsabiqədə Lənkəran şəhər sakini Gülər Kərimova birinci yerə, Sumqayıt şəhər sakini Könül Qurbanova ikinci yerə, Ağsu rayon sakini Elnur Mahmudov isə üçüncü yerə layiq görülüb. Əlizamin Həsənli, Xəyalə Meydanova, Arzu Cəlilova isə həvəsləndirici mükafatlarla təltif olunublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sərəncamına müvafiq olaraq müsabiqədə birinci yerin qalibinə birinci dərəcəli diplom və 500 manat, ikinci yerin qalibinə ikinci dərəcəli diplom və 300 manat, üçüncü yerin qalibinə isə üçüncü dərəcəli diplom və 250 manat pul mükafatı təqdim olunub. Həvəsləndirici mükafatın hər sahibinə isə 100 manat məbləğində pul, eləcə də həvəsləndirici mükafat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR