Bank Of Baku

“Deyilən söz yadigardır” V respublika bədii qiraət müsabiqəsi Rəsul Rzaya həsr olunacaq

“Deyilən söz yadigardır” V respublika bədii qiraət müsabiqəsi Rəsul Rzaya həsr olunacaq
# 10 noyabr 2009 15:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Deyilən söz yadigardır” V respublika bədii qiraət müsabiqəsi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Rəsul Rzaya həsr olunacaq. APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirini sözlərinə görə, 2010-cu ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulan müsabiqə şairin 100 illik yubileyinə həsr olunacaq. Müsabiqənin ənənəvi olaraq artıq dörd il keçirildiyini qeyd edən Ə. Qarayev gələn il müsabiqənin daha təntənəli şəkildə təşkil olunacağını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR