Bank Of Baku

Azərbaycan Tarixi Muzeyində muzey eksponatlarından ibarət sərgi açılıb

Azərbaycan Tarixi Muzeyində muzey eksponatlarından ibarət sərgi açılıb
# 11 noyabr 2009 08:16 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Milli Azərbaycan Tarixi Muzeyində muzey eksponatlarından ibarət sərgi açılıb. Muzeydən APA-ya verilən məlumata görə, sərgidə Bakı xanlığının bayrağı, Bakı qalasının açarı, Azərbaycanda və müxtəlif xarici ölkələrdə kəsilmiş qızıl, gümüş, mis və kağız pullar, Şirvanşah Xəlilullahın anasının qəbrindən tapılmış parça qalığı, qızıl sancaq, müxtəlif yüksək zövqlə bəzədilmiş silahlar, rəsm əsərləri, əlyazma, elmi və dini əsərlər, müxtəlif dini əşyalar, incəsənət nümunələri, təsvirli və süjetli kaşılar, ruhani geyimləri, dindar qadın geyimləri, qızıl bəzək əşyaları, saxsı və mis məişət əşyaları, ağac oyma işləri, müsəlman ölkələri ilə mədəni əlaqələri göstərən sənətkarlıq nümunələri və s. nümayiş etdirilir. Bir ay nümayişi davam edəcək sərginin iştirakçıları sərginin kataloqunu da əldə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR