Bank Of Baku

Fidan Hacıyeva: “Karmen kimi səhnəyə çıxmaq mənim üçün möhtəşəm bayramdır” – FOTO

Fidan Hacıyeva: “Karmen kimi səhnəyə çıxmaq mənim üçün möhtəşəm bayramdır” – <font color=red>FOTO </font>
# 11 noyabr 2009 11:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Hər dəfə Karmeni oynayanda özümü dünyanın ən xoşbəxt insanı sayıram. Karmen kimi hər dəfə səhnəyə çıxmaq mənim üçün ən möhtəşəm bayramdır. Budəfəki çıxışıma da ciddi hazırlaşıram və tamaşaçılara unudulmaz gecə vəd edirəm”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın əməkdar artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva deyib. O bildirib ki, dekabrın 5-də Opera və Balet Teatrının səhnəsində tamaşaçıların qarşısına yenidən Karmen obrazı ilə çıxacaq. Artıq hazırlıqlara başlanıb, məşqlər gedir və yaxın günlərdə afişalar paytaxtın mərkəzi küçələrinə vurulacaq. Eyni zamanda operanın reklam çarxlarının nümayişinə də başlanacaq.

Jorj Bizenin “Karmen” operası professor Hüseyn Əliyevin quruluşunda hazırlanır. Həmin gün operanı Azərbaycanın xalq artisti, dirijor Cavanşir Cəfərov idarə edəcək. Azərbaycan səhnəsinin Karmeni Fidan Hacıyeva indidən həyəcanlanmağa başladığını söyləyib: “Hər dəfə səhnəyə çıxdıqda çox həyəcanlanıram. Bu, olduqca böyük məsuliyyətdir. Ancaq bu məsuliyyətin öhdəsindən gəlməyə çalışacağam. Bilirəm ki, tamaşaçılarımız Karmen üçün çox darıxıb. Bunu hiss edib, onlar üçün bu sürprizi etmək istədim. Karmeni sevən hər tamaşaçını həmin gün zalda görmək arzusundayam”.

F. Hacıyeva bəyan edib ki, “Karmen” operası ilə bir növ yaradıcılığına yenidən start verəcək. Belə ki, sənətçi “Karmen”in nümayişindən sonra daha bir neçə opera ilə tamaşaçıların görüşünə gələcək. Əməkdar artist Azərbaycan Dövlət Filarmoniyasında solo-konsert verməyi də planlaşdırır.

Qeyd edək ki, dekabrın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək “Karmen” operasının biletlərinin qiyməti 15-25 manat arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR