Bank Of Baku

Əbülfəs Qarayev Avropa Şurasının baş katibi Tyorborn Yaglandla görüşüb

Əbülfəs Qarayev Avropa Şurasının baş katibi Tyorborn Yaglandla görüşüb
# 11 noyabr 2009 11:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Şurasının baş katibi Tyorborn Yaglandla görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, görüş Lyublyana şəhərində keçirilən “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda Nazirlər Konfransı çərçivəsində gerçəkləşib. İkitərəfli görüşdə Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin Avropa ilə islam dünyası arasında dialoq prosesində (Bakı prosesi) fəaliyyəti, 2011-ci ildə Bakıda Azərbaycan prezidentinin himayəsi ilə “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında, eyni zamanda Ermənistan ərazisində olan Azərbaycan mədəni irsinin vəziyyəti və Avropa Şurası ilə bu istiqamətdə əməkdaşlığın perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Ə. Qarayev bildirib ki, Azərbaycan tərəfi mədəni irsin vəziyyətini öyrənmək məqsədilə Avropa Şurasının fakt-araşdırıcı missiyasının regiona gəlməsində maraqlıdır. Lakin Azərbaycan və Ermənistan ərazilərinə gələcək fakt-araşdırıcı missiyanın tərkibi eyni olmalı və onlar işğal edilmiş torpaqlara Azərbaycan ərazisindən getməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR