Bank Of Baku

Lyublyanada “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda nazirlər konfransı keçirilib

Lyublyanada “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda nazirlər konfransı keçirilib
# 11 noyabr 2009 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Lyublyanada “Bizim ümumi Avropa irsimizin bərpası” mövzusunda nazirlər konfransı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə və Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Gəray Muradov iştirak ediblər. Tədbirdə Sloveniya prezidenti Danilo Türk, Avropa Şurasının yeni baş katibi Tyorborn Yagland, Avropa Komissiyasının Təhsil, Mədəniyyət və Gənclər üzrə komissarı Maroş Şefkoviç, bir sıra digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Konfransda Azərbaycanın da qoşulduğu Kiyev Təşəbbüsü Regional Proqramının Nazirlərinin bəyanatı, Cənub Şərqi Avropa dövlətlərinin nazirlərinin bəyanatı və konfransın bütün iştirakçı dövlətlərinin birgə yekun bəyannaməsi qəbul edilib və Kiyev təşəbbüsü çərçivəsində “Tarixi şəhərlərdə mədəni irsin bərpası” layihəsinin əsası qoyulub.
Tədbirin I və II günü mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoqa dair Bakı prosesi və mədəni irs sahəsində milli və beynəlxalq fəaliyyəti, həmçinin Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında mədəni irsin vəziyyəti barəsində çıxışlar edib. Daha sonra Sloveniyanın mədəniyyət naziri Mayda Sirsa ilə ikitərəfli görüş keçirilib. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu sahədə hüquqi bazanın olmasının vacibliyi diqqətə çatdırılıb. Səfər çərçivəsində Ə. Qarayev Ukrayna, Serbiya, Xorvatiyanın mədəniyyət nazirləri, Çexiya, Belarus, Bolqarıstan, Moldova, Rumıniyanın mədəniyyət nazirlərinin müavinləri ilə ikitərəfli görüşlər keçirib və ölkələrimiz arasında qarşılıqlı mədəni əməkdaşlığın vəziyyəti və perspektivləri bərədə fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR