Bank Of Baku

“Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər” mövzusunda sərgi keçiriləcək

“Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər” mövzusunda sərgi keçiriləcək
# 11 noyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Noyabrın 13-14-də Muzey Mərkəzində “Həvəskar rəssam və xalq tətbiqi sənət ustalarının işlərində islami dəyərlər” mövzusunda sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin açılışı noyabrın 13-də olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzinin “Bakı - islam mədəniyyətinin paytaxtı-2009” tədbirlər planı çərçivəsində keçirəcəyi növbəti tədbir “Tarix-diyarşünaslıq muzeylərində islami dəyərlərin təbliği” mövzusunda seminardır. Seminar noyabrın 13-də Muzey Mərkəzində keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR