Bank Of Baku

Xalq artisti Oqtay Zülfüqarovun 80 illik yubiley mərasimi keçirilib

Xalq artisti Oqtay Zülfüqarovun 80 illik yubiley mərasimi keçirilib
# 11 noyabr 2009 13:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rastropoviçlərin Bakıdakı Ev Muzeyində Azərbaycanın xalq artisti Oqtay Zülfüqarovun 80 illik yubiley mərasimi keçirilib. APA-nın məlumatına görə, əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimov və muzeyin direktoru Şeyla Heydərova bəstəkarın həyat və yaradıcılığından danışıblar. Çıxışçılar Oqtay Zülfüqarovun müəllifi olduğu əsərlərdən söz açaraq onun Azərbaycan musiqisinə verdiyi töhfələrindən danışıblar. Yubiley tədbirində bəstəkarın simfonik əsərləri səslənib. Tədbirdə iştirak edən yubilyarın özü onu yalnız qoymayan sənət dostlarına minnətdarlığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR