Bank Of Baku

Beynəlxalq Muğam Mərkəzində Tofiq Quliyevin xatirə gecəsi keçirilib

Beynəlxalq Muğam Mərkəzində Tofiq Quliyevin xatirə gecəsi keçirilib
# 11 noyabr 2009 16:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində görkəmli bəstəkar, xalq artisti Tofiq Quliyevə həsr olunmuş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən yubiley gecəsində bəstəkarın həyat və yaradıcılığına aid saytın təqdimatı olub, film nümayiş etdirilib və tanınmış musiqiçilərin ifasında mərhum bəstəkarın mahnılarından ibarət konsert proqramı təqdim olunub. Mərasimdə bəstəkarın ailə üzvləri, tanınmış musiqi xadimləri və hökumət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək bildirib ki, Tofiq Quliyevin keçmiş SSRİ məkanında böyük hörməti olub. Onun sözlərinə görə, bu gün Tofiq Quliyevin mahnılarını xalq sevə-sevə dinləyir: “Mən vaxtilə Tofiq Quliyevlə işləməyimi özümə şərəf bilirəm. O, gənc bəstəkarlara həmişə qayğı ilə yanaşardı”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Tofiq Quliyevi tanıdığı üçün özünü xoşbəxt hiss etdiyini deyib: “Onun bütün mahnıları qulağımda həkk olub”.

Tədbirin sonunda Fərhad Bədəlbəyli Tofiq Quliyevin mahnılarından birini iştirakçılar üçün ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR