Bank Of Baku

Bakıda “İslam mədəniyyəti və sivilizasiyasının dəyərləri haqqında” seminar keçiriləcək

Bakıda “İslam mədəniyyəti və sivilizasiyasının dəyərləri haqqında” seminar keçiriləcək
# 11 noyabr 2009 23:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “İslam mədəniyyəti və sivilizasiyasının dəyərləri haqqında” adlı respublika kurturoloji seminarı keçiriləcək.

Seminar “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq.

“Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədovun APA-ya verdiyi məlumata görə, seminarda “Müsəlman incəsənəti”, “İslam mədəniyyətinin formalaşması və təsir dairələri”, “Din və əxlaq”, “Orta əsrlər müsəlman sivilizasiyasında bərabərlik problemi” mövzusunda çıxışlar olacaq. Həmçinin tədbirdə “Orta əsrlər müsəlman sivilizasiyasında bərabərlik problemi” mövzusunda dəyirmi masanın təşkili də nəzərdə tutulur.

F.Məmmədovun sözlərinə görə, seminarın noyabrın 14-də keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR