Lənkəran Xan Sarayı - bir gözəlin şəninə tikilmiş abidə - REPORTAJ
Abidə Tarix Diyarşünaslıq Muzeyi kimi 1978-ci ildən fəaliyyətə başlayıb. Xan Sarayında olarkən muzeyin elmi işçisi, tarixçi İlham Quliyevlə söhbətləşdik. İlham Quliyev bizimlə söhbətində muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatların nümayiş etdirildiyini bildirdi. Onun bələdçiliyi ilə həm Mir Əhməd xanın sarayı, həm də bu saraydakı eksponatlarla tanış olduq. Qeyd edək ki, əsas fondda 6255 ədəd muzey sərvəti var. Muzeyin ekspozisiyası isə altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr, müasir dövr. Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir. Eksponatlar xronoloji qaydada düzülüb. Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti, numizmatikanı əks etdirən nümunələr, Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar göstərilir. Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş olunur: “Bu muzeyə hər il on minlərlə ziyarətçi gəlir. Yüzlərlə ekskursiya qrupları qonağımız olub. Bu üç mərtəbəli saray vaxtı ilə şəhərin ilk çoxmərtəbəli binası sayılırdı. Onun şimal və qərb fasadları kərpic və yonulmuş ağ daşla işlənib. Şərq və cənub fasadları isə yalnız kərpicdən hörülüb. Evin giriş hissəsi şimal fasadında yerləşib, ağ daşdandır. Giriş hissəsi qabağa çıxıb, plyastrla əhatə edilib. Plyastrın yuxarısında mifoloji fiqurlarla bəzədilən konsolların üstündə ikinci mərtəbənin balkonu qurulub. Saray şəhərin mərkəzində, dostluq parkı ilə üzbəüz yerləşir”.
İ. Quliyev söhbəti zamanı Lənkəran xanlığının tarixinə də toxunub. Onun sözlərinə görə, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Azərbaycanda yaranan xanlıqlardan biri də Lənkəran xanlığı olub. Lənkəran xanlığının ərazisi demək olar ki, Astara , Lənkəran , Lerik, Yardımlı , Masallı rayonlarının ərazilərini və indiki İranın Gilan Vilayətinin Astara və Həştpər (hazırda Taleş adlanır) bölgələrini əhatə edib: “Lənkəran xanlığının mərkəzi əvvəlcə Qızılağac kəndi, sonra Astara şəhəri , sonda isə Lənkəran şəhəri olub. Lənkəran xanları sülaləsi mənşəyi haqqında məlumat Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun müəllifi olduğu “Əxbərnamə” əsərində və Azərbaycan tarixçisi Seyid Əli Kazımbəy oğlunun “Cəvahirnameyi Lənkəran” əsərində verilib. Həmin əsərlərdə qeyd olunur ki, Lənkəran xanları sülaləsinin banisi Seyid Abbas bəyin nəsli Güney Azərbaycanın Xalxal mahalının Hir kəndindəndir və Seyid Abbas bəy ağır maliyyə vəziyyətindən dolayı XVII əsrin sonu- XVIII əsrin əvvəllərində Şirvan Bəylərbəyliyinin Talış mahalına - Xarxatan kəndinə köçüb. Seyid Abbas bəyin Səfəvi nəslindən gəldiyi bilinir. Nadir şahın məmurları Seyid Cəmaləddin bəyə dərisinin rəngindən dolayı Qara bəy (o 1749 -cu ildən 1786-cı ilədək Lənkəran xanı oldu ) deyirdilər . Qara bəy Nadir şahın Dağıstana hərbi səfərləri zamanı xüsusi olaraq fərqlənmişdi və buna görə 1741-ci ildə Nadir şah onu irsi xan titulu ilə mükafatlandırıb” .
İ. Quliyev sözlərinə görə, Qara xan Lənkəranın iqtisadi və siyasi qüdrətini möhkəmlətmək məqsədilə bir sıra tədbirlər həyata keçirib. Qara xan xanlığı İran təhlükəsindən qorunmaq məqsədilə paytaxtı Astaradan Lənkərana köçürüb: “Qara xan Lənkərana müxtəlif yerlərdən sənətkar və ustalar gətirib. O, şəhərin qala divarlarını, xan sarayını, məscid, hamam, bazar , karvansaray inşa etdirib. Bu dövrdə şəhərdə iki bazar olub: Yuxarı və Aşağı bazar. Bu dövr tikililəri arasında gözəllik və memarlıq baxımından xan sarayı diqqəti daha çox cəlb edir. İki mərtəbəli saray başdan-başa şəbəkəli olub, rəngarəng şüşələrlə bəzədilib. Lənkəranın Xəzər dənizi vasitəsilə tranzit ticarətdə iştirak etməsi, onun iqtisadi bir mərkəz kimi təşəkkül tapmasında görkəmli rol oynayıb”.
Qeyd edək ki, 1786-cı ildə Qara xanın vəfatından sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan keçib. 1814-cü ilə kimi hakimiyyətdə olan Mir Mustafa xanın dövründə vəziyyət çox ağır olub. Belə ki, 1794-cü ildə Azərbaycanın cənubunda hakimiyyətə gələn Ağa Məhəmməd Şaş Qacar öz mövqelərini möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücumlara başlayıb. Vəziyyətin ağır olduğunu görən Mir Mustafa xan Rusiyanın himayəçiliyini qəbul edib. Bu isə Xəzərdə üstünlüyü ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli olub. 1802-ci il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə Talış xanı Rusiyanın ali himayəsinə qəbul olunub. Sonradan 1813-cü ildə Rusiya və İran arasında Gülüstan müqaviləsi imzalanıb. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyulub və Azərbaycan torpaqları iki işğalçı arasında bölüşdürülüb. Lənkəran xanlığı da bir çox digər xanlıqlar kimi Rusiyaya birləşdirilib. 1814-cü ildə general-mayor Mir Mustafa xan vərəm xəstəliyindən vəfat etdikdən sonra onun yerinə oğlu Mirhəsən xan keçib. Mirhəsən xan 1826-cı ildə vəfat etdikdən sonra isə Talış xanlığı ləğv edilib.
Reportajın əvvəlində adını qeyd etdiyimiz və Lənkərandakı Xan Sarayını tikdirən Mir Əhməd xan isə hakimiyyətdə olmayıb, o sadəcə olaraq xan nəslinin davamçısı olub. Bu gün qeyd etdiyimiz kimi Lənkəranda yerləşən bu möhtəşəm abidə Xan yadigarı hesab edilir. Lakin belə bir abidənin vəziyyəti heç də ürəkaçan deyil. Binada indiyə kimi demək olar ki, heç vaxt əsaslı təmir-bərpa işləri aparılmayıb. Bir neçə il əvvəl Azərbaycanın mədəniyyət və turizm naziri də Xan Sarayında olub, vəziyyətlə tanış olduqdan sonra yaxın illərdə binanın təmir-bərpa olunması üçün vəsait ayrılacağını bildirib.
Xan Sarayının vəziyyəti əslən Lənkərandan olan Milli Məclisin komitə sədri Hadı Rəcəblini də narahat edir. Komitə sədri APA-nın əməkdaşı ilə söhbətində Xan Sarayı ilə bağlı maraqlı açıqlama da verib. Onun sözlərinə görə, hazırda 2013-cü ildə Xan sarayının 100 illik yubileyinin keçirilməsi üçün danışıqlar aparılır: “Çox ehtimal ki, yaxın vaxtlarda Xan Sarayı yüksək səviyyədə təmir-bərpa olunacaq. Biz də sarayın tikilməsinin yubileyini mərasimin keçirəcəyik. Bu abidə Azərbaycan xalqının sərvətdir, onu qorumaq, gələcək nəsillərə çatdırmaq lazımdır. Bu gün Lənkərana gələn istənilən adam Xan Sarayına ziyarətə gedir. Demək turizm baxımından da onun əhəmiyyəti böyükdür. Azərbaycanda isə turizmin inkişafına dövlət tərəfindən böyük qayğı göstərilir. Demək belə bir şəraitdə Lənkərandakı Xan Sarayı təmirsiz vəziyyətdə qala bilməz”.
Mədəniyyət siyasəti
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur
Xəbər Lenti
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
Tramp İrana yeni zərbələr endirilə biləcəyini istisna etməyib
İran ABŞ-ın blokadanı aradan qaldırması müqabilində Hörmüzü açmağı təklif edib
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
"Euronews": AQEM üzvləri regional dialoqu konkret addımlara çevirməyə çalışırlar - VİDEO
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Mask Ukrayna ordusu üçün Starlink internet xidmətlərində məhdudiyyət tətbiq etdiyini etiraf edib
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Gürcüstanda saxlanılan İbad Hüseynov səfirliyin dəstəyi ilə buraxılıb, Azərbaycana qayıdıb
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - YENİLƏNİB
Fransada iğtişaşlar zamanı 1000-ə yaxın şəxs saxlanılıb
Rusiya Xarkov və Dnepropetrovsk vilayətinə zərbələr endirib: ölənlər və yaralananlar var
İtaliyanın müxtəlif şəhərlərində etirazçılarla polislə arasında toqquşma yaşanıb
Fransada oktyabrın 24-də 410 min nəfər etiraz aksiyalarına qatılıb
Husilər Səudiyyə Ərəbistanında hava limanlarını və neft obyektlərini hədəf aldıqlarını açıqlayıblar
FIFA U-15: Azərbaycan Timor-Leste millisini 6:0 məğlub edib
Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB
Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk
Ukrayna qüvvələri Omskda kimya zavoduna zərbə endirib
Goranboyda “Changan” piyadanı vuraraq öldürüb - FOTO
Rusiya səfirliyi diplomatların İrandan çıxarılması ilə bağlı iddialara münasibət bildirib
Lənkəranda balıq tutan kişi ölüb
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1
Misli Premyer Liqasında “Kəpəz” “Şəfa”ya qalib gəlib
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır - YENİLƏNİB
Gəncədə avtomobilin vurduğu piyada 7 gün sonra xəstəxanada ölüb - YENİLƏNİB
FIFA prezidenti: Azərbaycana təşəkkürümü bildirirəm
Fransada etirazçılarla polis arasında toqquşma baş verib - YENİLƏNİB
Pezeşkian Moskvaya səfər edəcək
Rusiyada qatar mikroavtobusla toqquşub, 6 nəfər ölüb
Gəncədə 49 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə
Şahmatçılarımız Avropa Klub Kubokunda 2 medal qazanıb
“Yaşıl enerji dəhlizi”nin texniki-iqtisadi əsaslandırması tamamlanıb
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Bakı Bulvarında Zeytun Festivalı davam edir - FOTO
Tovuzda bağlı qapı arxasında qalan 7 aylıq uşaq xilas edilib
U-15 dünya çempionatı başlayır
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
Gəncədə qadın əri tərəfindən bıçaqlanıb
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Qızılın qiyməti 4 min dollardan aşağı düşüb
İranın ötən ayda əldə etdiyi neft gəlirlərinin həcmi açıqlanıb
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb
Bakıda ölümlə nəticələnən insidentdə iştirak edən deputat Arzuxan Əlizadənin oğlu saxlanılıb - YENİLƏNİB-1
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib