Bank Of Baku

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi barədə sərəncam imzalanıb

Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi barədə sərəncam imzalanıb
# 17 sentyabr 2010 19:53 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi barədə sərəncam imzalayıb. Bu barədə APA «Azərtac»a istinadən məlumat verir. Sərəncama əsasən, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq və onlar xüsusi aylıq təqaüdə layiq görüləcəklər:

Əlizadə Fuad Telman oğlu - Sumqayıt Musiqi Kollecinin tələbəsi
Həsənov Kamil Sənan oğlu - Bakı şəhər Rauf Hacıyev adına 15 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Hüseynova Nərgiz Ələkbər qızı - Bakı şəhər Qara Qarayev adına 8 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Mayılov Kənan Eldəniz oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Nəcəfzadə Minirə İlham qızı - Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdi
Ömərli Kamran İmran oğlu - Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li Uşaq Musiqi Məktəbinin şagirdi
Yunusov İsmayıl Səbuhi oğlu Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR