Bank Of Baku

Polşalı musiqiçi: “Azərbaycan muğamı məni heyrətləndirib”

Polşalı musiqiçi: “Azərbaycan muğamı məni heyrətləndirib”
# 29 iyun 2011 11:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan muğamı məni heyrətə gətirib. Bu mədəniyyətin, musiqinin vurğunuyam və buna görə də Azərbaycanı çox sevirəm”. Bu sözləri APA-ya açıqlamasında İpək Yolu II Beynəlxalq Musiqi Festivalında iştirak etmək məqsədilə Bakıya gələn polşalı musiqiçi Stanislav Deya deyib. O, “Əsli və Kərəm” operasının nümayişi zamanı muğamların ifası altında göz yaşlarını saxlaya bilmədiyini də etiraf edib: “Bu, çox möhtəşəm bir tamaşa, müasir opera və muğamın miksi idi. Opera zamanı muğam altında mən ağladım”.

Stanislav Deya operanın Polşada nümayişini də arzuladığını da vurğulayıb: “Əvvəllər də Azərbaycanda olmuşam. Amma bu tamaşanı ilk dəfə görürəm. Əvvəllər bir neçə muğam cazına qulaq asmışam və muğama vurulmuşam. Mən bu cür mahnılara böyük maraq göstərirəm və Şərq musiqisi mənə çox təsir edir. Bu gün isə Azərbaycan musiqisinin köklərini canlı gördüm. Bu, mənim üçün bir yenilikdir”.

Polşalı musiqiçi azərbaycanlı həmkarları ilə əməkdaşlıq etməyi də düşünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR