Bank Of Baku

Bakıda “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi keçirilib - FOTO

Bakıda “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 29 iyun 2011 12:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. İçərişəhərdəki Kiçik Karvansarayda Heydər Əliyev Fondunun təşəbbüsü, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Müasir İncəsənət Muzeyi və “Qız Qalası” İncəsənət Qalereyasının təşkilatçılığı ilə “Qız Qalası” İkinci Beynəlxalq İncəsənət Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, festival Azərbaycanın ən qədim abidələrindən biri olan Qız Qalasının daha geniş tanınması və populyarlaşdırılması məqsədini daşımaqla yanaşı, mədəniyyətlərarası dialoqa da öz layiqli töfhəsini verəcək. O deyib ki, festivaldan sonra üzərində rəsmlər çəkilmiş Qız Qalası maketlərinin Azərbaycanın rayonlarında və Avropa şəhərlərində sərgilənməsi nəzərdə tutulur.

Müasir İncəsənət Muzeyinin icraçı direktoru Ceyhun Ağakişibəyli iştirakçıları salamlayaraq Heydər Əliyev Fondunun son illərdə incəsənətə və mədəniyyətə göstərdiyi qayğı və diqqəti qeyd edib.

Açılış mərasimindən sonra 20 ölkəni təmsil edən rəssamlar Qız Qalasının qarşısındakı meydanda Qız Qalası maketləri və çərpələnglərin bəzədilməsinə başlayıblar. Rəssamlar şəhərin rəmzi olan Qız Qalasının maketini öz milli üslublarına uyğun olaraq müxtəlif naxışlarla və rəsmlərlə bəzəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR