Bank Of Baku

İpək Yolu II Beynəlxalq Musiqi Festivalı çərçivəsində Hindistanın “Sarod” ansamblının konserti keçirilib

İpək Yolu II Beynəlxalq Musiqi Festivalı çərçivəsində Hindistanın “Sarod” ansamblının konserti keçirilib
# 29 iyun 2011 15:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən İpək Yolu II Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Ü. Hacıbəyli adına Konsert salonunda Stanislav Deya (Polşa) və Nərgiz Əliyarovanın (Azərbaycan) iştirakı ilə konsert keçirilib. APA-nın məlumatına görə, konsert proqramında F. Şopen, F. List və Qara Qarayevin fortepiano əsərləri ifa olunub. Qonaqlar konserti yüksək qiymətləndiriblər və festivalın əhəmiyyətindən söz açıblar.

Festival çərçivəsində növbəti tədbir isə Muzey Mərkəzində baş tutub. Muzeydə Hindistandan “Sarod” ansamblı maraqlı proqram təqdim edib.

İpək Yolu Beynəlxalq Musiqi Festivalı iyulun 1-nə kimi davam edəcək. Festivalda Ukrayna, Hindistan, Norveç, Cənubi Koreya, Polşa, İsveçrə və Amerikadan qonaqlar dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR