Bank Of Baku

Bakıda polşalı musiqiçinin ustad dərsi və Hindistan, Cənubi Koreya, Norveç ifaçılarının konserti keçirilib

Bakıda polşalı musiqiçinin ustad dərsi və Hindistan, Cənubi Koreya, Norveç ifaçılarının konserti keçirilib
# 30 iyun 2011 16:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda keçirilən “İpək yolu” II Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda polşalı pianoçu Stanislav Deya Bakı Musiqi Akademiyasının tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinə ustad dərsi keçib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə qeyri-adi istedad sahibi, İtaliyada və İspaniyada keçirilən beynəlxalq müsabiqələrin laureatı S. Deyanın bu təşəbbüsünü alqışlayıb. O bildirib ki, Azərbaycanda gənc musiqiçilərin yetişməsində belə dərslərin böyük əhəmiyyəti var.

S. Deyanın müşayiəti ilə Bakı Musiqi Akademiyasının tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdlərinin ifaları dinlənilib. Qonaq istedadlı ifaçılara öz məsləhətlərini verib.

Festival çərçivəsində növbəti tədbir İçərişəhərdəki Kiçik Karvansarayda keçirilib. Orada Azərbaycan dövlət qədim musiqi alətləri ansamblının, Hindistan, Cənubi Koreya və Norveç ifaçılarının konserti olub. Beynəlxalq Musiqi Festivalı iyulun 1-də öz işini yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR