Bank Of Baku

Azərbaycanın təklifi MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun Ekspert Şurasının iclasında qəbul edilib

Azərbaycanın  təklifi MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondunun Ekspert Şurasının iclasında qəbul edilib
# 04 iyul 2011 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiya Federasiyasının Moskva şəhərində MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fonduna təqdim olunmuş layihələrin təhlili və qiymətləndirilməsi ilə bağlı Ekspertlər Qrupunun iclası keçirilib. İclasda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli təmsil edib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun həmsədri Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi M.Y.Şvıdkoy tərəfindən sədrliyi aparılan tədbirdə Azərbaycanı, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan və Ukraynanın nümayəndə heyətləri, həmçinin Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun əməkdaşları iştirak edib. İclasın gündəliyinə əsasən, “Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun 2010-cu ildə və 2011-ci ilin birinci yarısında layihə fəaliyyətinin nəticələri haqqında”, “2011-ci ildə təqdim olunmuş əlavə layihələr barədə”, “Humanitar Əməkdaşlıq üzrə Beynəlxalq Fondun prioritet istiqamətlərinə dair” və “MDB-də idman və sağlam həyat İlinin məzmun cəhətdən doldurulması haqqında” məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüskar və müəllifi olduğu “MDB iştirakçı dövlətlərin mədəniyyət sahəsində əməkdaşlıq Konsepsiyası” əsasında aparılmalı olması barədə təklif iştirakçılar tərəfindən yekdilliklə qəbul edilib. Yekunda iştirakçılar tərəfindən tədbirin yekun protokolu imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR