Bank Of Baku

Azərbaycanın tarixi filmlərində istifadə olunmuş geyimlərin nümayişi keçiriləcək

Azərbaycanın tarixi filmlərində istifadə olunmuş geyimlərin nümayişi keçiriləcək
# 05 iyul 2011 13:50 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avqustun 2-də - Milli Kino Günündə ilk dəfə olaraq Azərbaycanın tarixi filmlərinin geyimləri nümayiş olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Milli Kino Günü ilə bağlı tədbir Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Hər il olduğu kimi, bu il də kino bayramında yeni filmin nümayişi keçiriləcək. “İlahi məxluq” filmi “Bizim kino” Prodüser Mərkəzi və “Yaddaş” sənədli filmlər studiyasının birgə istehsalıdır. Filmin ssenari müəllifi və rejissoru Yavər Rzayev, quruluşçu operatoru Rəsul Tənhayi, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Siyavuş Kərimidir.

Həmin gün kinematoqrafiya sahəsində uzun müddətdir çalışmış əmək veteranlarının hər birinə mükafatların təqdimatı da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR