Bank Of Baku

Türkmənistanın mədəniyyət, incəsənət və tarixinə aid kitabların təqdimatı keçirilib

Türkmənistanın mədəniyyət, incəsənət və tarixinə aid kitabların təqdimatı keçirilib
# 07 iyul 2011 10:33 (UTC +04:00)
Bakı. Habil Süleymanov - APA. M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasında Türkmənistanın Azərbaycandakı səfirliyi tərəfindən Türkmənistanın mədəniyyət, incəsənət və tarixinə aid kitabların təqdimat mərasimi keçirilib. APA-nın xəbərinə görə, onlarla kitab səfirlik tərəfindən Milli Kitabxanaya hədiyyə olunub. Hədiyyə edilən kitablar türkmən incəsənət xadimlərinin yaradıcılığını, ölkənin tarixi keçmişini və bu gününü əhatə edir.

Türkmənistanın Azərbaycandakı səfiri Toyli Kometov bildirib ki, bugünkü mərasim xalqlar arasında mədəni və humanitar münasibətlərin inkişafı və möhkəmləndirilməsi istiqamətində atılan bir addımdır. Bu mənada o, Azərbaycan Milli Kitabxanasının gördüyü işləri yüksək qiymətləndirib: “Azərbaycan və Türkmənistan dövlət başçılarının səyi sayəsində indi biz həm iqtisadi, həm humanitar, həm mədəni sahədə fəal əməkdaşlığı müşahidə edirik. Sevindirici hal odur ki, bizim ölkələrimiz arasında münasibətlər ən arzuolunan ssenari üzrə inkişaf edir”.

Tədbirdə Türkmənistanın qədim tarixini və mədəni irsini əks etdirən qısametrajlı film göstərilib. Film UNESCO-nun ümümdünya mədəni irsi siyahısına salınmış Türkmənistanın mədəniyyət və tarixi abidələrindən bəhs edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR