Bank Of Baku

Əbülfəs Qarayev Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunu qəbul edib

Əbülfəs Qarayev Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunu qəbul edib
# 07 iyul 2011 13:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətinin rəhbəri, parlament üzvü Filip Blanşar başda olmaqla, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunu qəbul edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə həmçinin, Belçika parlamentinin üzvləri Devid Girts, Olivye Anri, Vilem Frederik Şiltz və Fəxri Senator Stef Qoris təmsil olunub. Azərbaycan tərəfindən isə görüşdə Milli Məclisin üzvü Fəzail İbrahimli və digərləri iştirak ediblər. Belçika Krallığı ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların daha da artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Nümayəndə heyətinin rəhbəri Filip Blanşar öz növbəsində “Eurovision” mahnı müsabiqəsindəki qələbə münasibəti ilə naziri təbrik edib və Azərbaycanın 2012-ci ildə bu müsabiqəni böyük uğurla keçirəcəyindən əmin olduğunu qeyd edib.
Nazir Belçikada fəaliyyət göstərən və yeni istiqamətlər təklif etməkdə maraqlı olan turizm şirkətlərini hər il Bakıda keçirilən “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ində iştirak etməyə dəvət edib. Görüşün sonunda Ə. Qarayev iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib və Belçika-Azərbaycan parlament qrupuna ölkələr arasında münasibətlərin daha da intensivləşdirilməsi istiqamətində uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR