Bank Of Baku

Azərbaycanlı pianoçu beynəlxalq Montre musiqi festivalında finala çıxıb

Azərbaycanlı pianoçu beynəlxalq Montre musiqi festivalında finala çıxıb
# 07 iyul 2011 14:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanlı pianoçu Emil Əfrasiyaboğlu (Məmmədov) Azərbaycanı məşhur “Montreux Jazz Festival-2011” beynəlxalq musiqi müsabiqəsində təmsil edir. APA-nın məlumatına görə, pianoçumuz müsabiqənin iyulun 6-da keçirilən yarımfinalında finala vəsiqə qazanıb. Hazırda E. Əfrasiyaboğlu ciddi-cəhdlə finala hazırlaşır.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli APA-ya açıqlamasında tələbəsi Emilin istedadına güvəndiyini bildirib. Ancaq o, Azərbaycan ötən il bu müsabiqədə birinci yeri qazandığı üçün Təşkilat Komitəsinin və münsiflər heyətinin bu il birinciliyi başqa ölkəyə verəcəyini düşünür: “Emilin istedadına söz ola bilməz. Lakin ötən il Azərbaycana birinci yer verilib. Fikrimcə, bu, bir az təşkilatçıları düşündürəcək. Bu cür müsabiqələrdə iki il dalbadal eyni ölkənin qələbəsi çox az hallarda baş verir. Hər halda Emil bizim üçün həmişə birincidir. Arzu edərdim ki, bu dəfə Təşkilat Komitəsi fərqli düşünsün”.

Qeyd edək ki, iyulun 1-də başlayan festival iyulun 16-dək davam edəcək. Bu, Azərbaycanın müsabiqədə üçüncü təmsilçiliyidir. Şahin Növrəsli festivalın ikincisi, İsfar Sarabski isə birincisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR