Bank Of Baku

Kolumbiyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

Kolumbiyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
# 09 iyul 2011 08:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kolumbiyanın Xarici İşlər Nazirliliyinin Avropa İdarəsinin direktoru Alfons Soriya Mendosanı və Kolumbiyanın Rusiyadakı səfiri Dieqo Xose Tobonu qəbul edib. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı turizm və mədəniyyət sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal inkişaf etməsini təmin etmək üçün mədəniyyət və turizm nazirlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Kolumbiyada təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, 2012-ci illərdə Kolumbiyada Azərbaycan Mədəniyyət günlərinin keçirilməsi, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.

Sonra Ə.Qarayev turizm sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədilə Kolumbiyada fəaliyyət göstərən və yeni istiqamətlər təklif etməkdə maraqlı olan turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ində iştiraka dəvət edib.

Azərbaycanla tanışlığın onda xoş təəssürat oyatdığını qeyd edən Alfons Soriya Mendosa öz növbəsində bu görüşün Kolumbiya ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoymağa kömək edəcəyindən əminliyini bildirib. Qonaq iki ölkə arasında turizm sahəsi üzrə Anlaşma Memorandumunun imzalanmasını təklif edib.

Görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR