Bank Of Baku

Bakıda mədəniyyətin inkişafına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda mədəniyyətin inkişafına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
# 09 iyul 2011 11:14 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda «Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri» adlı beynəlxalq elmi konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, konfrans mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakını təmin etmək, habelə ölkəmizdə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunmuş tədqiqatların dəstəklənməsi məqsədilə keçirilir.

Beynəlxalq konfransın Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə iyulun 11-də Muzey Mərkəzində keçirilməsi planlaşdırılır. Tədbirdə Rusiya, Ukrayna, Belarus və Litva kimi ölkələrin tanınmış elmi qurumlar və müvafiq ali məktəblərin təmsil olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR