Bank Of Baku

Əbülfəs Qarayev: ““Eurovision” müsabiqəsi Azərbaycan üçün bir təkan olacaq”

Əbülfəs Qarayev: ““Eurovision” müsabiqəsi Azərbaycan üçün bir təkan olacaq”
# 11 iyul 2011 08:46 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. ““Eurovision” müsabiqəsi Azərbaycan üçün bir təkan olacaq. Sözsüz ki, Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlər zamanı hər zaman ölkəmizin həqiqətlərini dünyaya təqdim edirik və bu yolda daima işlər görürük. “Eurovision” müsabiqəsi ərəfəsində də bu yöndə çox gözəl işlərimiz olacaq”. APA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. Nazir qeyd edib ki, Azərbaycanda turizm potensialını əks etdirən reklamlar, sərgilər və müxtəlif tədbirlər keçirilir: “Bu çox böyük bir fürsətdir. Hesab edirəm ki, hər hansı beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin gerçəklərinin, hazırkı vəziyyətinin, Azərbaycanda gedən işlər haqqında məlumatları yaymaq və təbliğ etmək üçün böyük fürsətdir. Bu işlər Azərbaycan tərəfindən daima görülür və mötəbər “Eurovision” yarışması dönəmində də davam etdiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR