Bank Of Baku

Azərbaycanda kulinariya festivalı keçiriləcək

Azərbaycanda kulinariya festivalı keçiriləcək
# 13 iyul 2011 13:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “Milli mətbəx” respublika kulinariya festivalı keçiriləcək. Festival Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Milli Kulinariya Mərkəzinin baş texnoloqu Gülnar Ələsgərovanın APA-ya verdiyi məlumata görə, festival Bakıda “Min bir gecə” İstirahət Mərkəzində iyulun 20-dən 22-nə kimi davam edəcək. Festivalda Azərbaycanın 9 bölgəsi iştirak edəcək. Qarabağdan iki – Şuşa və Ağcabədi, eyni zamanda İsmayıllı, Quba, Qax, Zaqatala, Bərdə və digər bölgələrdən kulinarlar iştirak edəcək. Festivalın birinci günü kabab, ikinci günü sac yeməkləri, üçüncü günü isə plov günü elan olunacaq. Festivalın qalibi olan rayon növbəti beynəlxalq kulinariya festivalında Azərbaycanı təmsil etmək şansı qazanacaq. Festivalda I, II və II yerin qalibləri rayon olaraq elan ediləcək.

Bu festival ikinci ildir ki, keçirilir. Builki festivalın ötən ilkindən fərqi festivalda iştirakçı bölgələrin sayının çoxluğudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR