Bank Of Baku

Qəbələdə III Beynəlxalq Musiqi Festivalına və Pianoçuların Beynəlxalq Müsabiqəsinə hazırlıq müzakirə edilib

Qəbələdə III Beynəlxalq Musiqi Festivalına və Pianoçuların Beynəlxalq Müsabiqəsinə hazırlıq müzakirə edilib
# 13 iyul 2011 15:24 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov - APA. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qəbələdə keçiriləcək III Beynəlxalq Musiqi Festivalına və Pianoçuların Beynəlxalq Müsabiqəsinə hazırlıq işləri başa çatmaq üzrədir. APA-nın Şirvan bürosunun xəbərinə görə, bu beynəlxalq tədbirlərə hazırlıqla əlaqədar iyulun 13-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində təşkilat komitəsinin iclası keçirilib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən iclasda tədbirə məsul şəxslər, eləcə də 11 rayonun mədəniyyət və turizm şöbəsinin müdirləri, KİV nümayəndələri iştirak edib. Nazir müavini çıxışında bildirib ki, festival çərçivəsində iyulun 15-dən 22-nə kimi Qəbələdə Pianoçuların Beynəlxalq müsabiqəsi keçiriləcək. Tanınmış münsiflər heyətinin iştirakı ilə master-klasslar təşkil olunacaq.

İyulun 23-dən avqustun 5-dək isə III Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları olacaq, muğam və caz axşamları keçiriləcək. Bundan əlavə, Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Simfonik Orkestri, dünya şöhrətli musiqiçilər Denis Matsuyev, Boris Brizovski də festivalda çıxış edəcək. Festivalın proqramına uyğun olaraq Ağdaşda 1, Şəkidə 3 konsertin təşkili nəzərdə tutulur.

Festivalın rəsmi açılışı iyulun 30-da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR