Bank Of Baku

Akademik Milli Dram Teatrı mövsümü bağlayıb

Akademik Milli Dram Teatrı mövsümü bağlayıb
# 15 iyul 2011 11:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. İyulun 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümün qapanışı keçirilib. APA-nın məlumatına görə, qapanış “Qarabağnamə” adlı tamaşasının nümayişi ilə baş tutub.

Mərahim Fərzəlibəyovun quruluş verdiyi bu tamaşa İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatçısı Həmid Kazımzadədir. Tamaşada Polad Bülbüloğlu və Vasif Adıgözəlovun musiqilərindən istifadə edilib. Baş rolları Kazım Abdullayev (İbrahim xan), Məsmə Aslanqızı (Ağabəyim Ağa), Rafiq Əzimov (Axund Mirmöhsün Ağa), Firəngiz Mütəllimova (Tubu Xanım), Vəfa Rzayeva (Səltənət Bəyim), Ramiz Məlikov (Cavad Xan) canlandırıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının növbəti mövsümü sentyabrda açılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR